Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

-

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında ölkə əhalisinin pul gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 10 faizdən çox artıb.

Statistika Komitəsinin məlumatında iki ay üzrə əhalinin adambaşına düşən gəlirlərinin həcminin 673 manat təşkil etdiyi bildirilir. Qeyd edilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz yüksəkdir.

İqtisadçı-ekspertlər isə artımla bağlı bir qədər fərqli düşünürlər.

Ekspert Nemət Əliyev deyir ki, manatla artım olsa da, dollarla müqayisədə böyük azalma var: «2015-ci ilin yanvar-fevral aylarında adambaşına düşən pul gəlirləri 618 manat hesablanmışdı. Həmin dövrdə manatın dollara nisbətdə məzənnəsi orta hesabla 0.82 manat idi. Odur ki, o dövrdə adam başına düşən pul gəlirləri 754 dollar təşkil edirdi».

İqtisadçı-ekspert dolların indiki məzənnəsi ilə hesablama apararaq il ərzində gəlirlərin ciddi şəkildə azaldığını qeyd edir.

«Əslində, əhalinin pul gəlirləri 43 faizdən çox azalıb. Rəsmi bilgilərə görə, əhalinin gəlirləri 2016-cı ilin yanvar-fevral aylarında 673 manat olub. Manatın dollarla münasibətdə məzənnəsi isə orta hesabla 1.58 manat olub. Odur ki, bu dövrdə hər nəfərə düşən pul gəlirləri cəmi 426 dollar təşkil edib. Ötən il isə 754 dollar idi. Gəlirlərdəki azalma 43.5 faiz olub», - deyə N.Əliyev bildirib.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfə dəyər itirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG