Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

-

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin haqqında qiyabi həbs qərarı verilən keçmiş mətbuat katibi Elnur Nağızadədən daha bir nəfər şikayət edib. Xəbəri «Qafqazinfo» saytı yayıb.

Bakı şəhər sakini Malik Şükürov Nizami rayon 25-i Polis Bölməsinə E.Nağızadənin ötən ilin sentyabrında ondan 45 min ABŞ dolları alıb qaytarmaması haqqında şikayəti verib.

Bundan əvvəl isə Bakı sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına bildirmişdilər ki, ötən ilin avqustunda E.Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları veriblər. Ancaq nə deyilən işə düzəliblər, nə də pulları qaytarılıb. Şikayət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində CM-nin 178.3.2-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə iş açmışdı. E.Nağızadə haqqında qiyabi həbs qərar verilmişdi.

Keçmiş mətbuat katibinin əmisi isə Novruz bayramından öncə jurnalistlərə bildirmişdi ki, qardaşı oğluna böhtan atılır. Əmisinin deməsinə görə, E.Nağızadənin günahı yoxdur, sadəcə, onu ölkədən didərgin salıblar.

XS
SM
MD
LG