Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:53

-

Pentaqon ABŞ prezidenti Barack Obama-ya İraqda Amerika qoşunlarının sayını artırması ilə bağlı təklifini təqdim edəcək.

Martın 25-də general Joseph Dunford deyib ki, gələn həftə prezidentlə İraqdakı təhlükəsizlik qüvvələrinə yardımla bağlı məsələləri müzakirə edəcəklər. O, İraqdakı ABŞ qüvvələrinin artırılacağına ümid edir, ancaq hələ bu barədə qərar verilmədiyini deyir.

Pentaqon rəsmiləri deyirlər, onlar müzakirə edəcəklər ki, xüsusi əməliyyatlar keçirilməsi üçün İraqa əlavə qüvvə göndərsinlər, yoxsa müharibə bölgəsindəki hərbi hissələrə amerikalı hərbi mütəxəssisləri yollasınlar.

J.Dunford deyib ki, təkliflər arasında İraqa Mosulu geri almaqda kömək etmək üçün təkliflər var.

ABŞ hərbiyyəsi bu həftə açıqlayıb ki, İraqda «Fire Base Bell» adlandırılan bazada 200 hərbi dənizçi və artilleriya yerləşdirib. Artilleriya İraq qoşunlarına dəstək verir.

Rəsmi məlumatlara görə, İraqda 3 min 870 ABŞ hərbçisi var. Yerli media bu rəqəmin 5 min olduğunu deyir. J.Dunford bu məlumatı təkzib etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG