Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:02

«Bank of Azerbaijan»a «yox» deyildi


«Bank of Azerbaijan»
«Bank of Azerbaijan»

-

Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş «Bank of Azerbaijan» ASC-nin Mərkəzi Banka (MB) qarşı şikayəti üzrə proses başa çatıb.

«Report»un xəbərinə görə, «Bank of Azerbaijan» ASC-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilib.

Mərkəzi Bank «Bank of Azerbaijan» ASC-ni məhkəməyə vermişdi. Onun iflas prosedurunun başlanması barədə tələb irəli sürmüşdü. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin etmişdi. Qərardan narazı qalan «Bank of Azerbaijan» ASC-nin səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti vermişdi.

Bu ilin yanvarında Mərkəzi Bank məcmu kapitalın minimum məbləği tələbinə əməl edilmədiyini, kreditorlar qarşısında öhdəliklərini icra edə bilmədiyini əsas göstərərək, «Bank of Azerbaijan» ASC-nin lisenziyasını ləğv etmişdi. «Banklar haqqında» qanuna uyğun olaraq, banka müvəqqəti inzibatçı təyin edilib.

Bu il Mərkəzi Bank ümumilikdə 7 bankın lisenziyasını ləğv edib. Sonradan onlardan birinin – «NBC Bank»ın lisenziyası bərpa olunub.

XS
SM
MD
LG