Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:42

-

Əmlak bazarında qiymətlər, iqtisadi göstəricilər və insanların güzəranı medianın aparıcı mövzularındandır.

İNDİ EV ALMAQ MƏQAMIDIR

«Azərbaycanda əmlak faktiki olaraq 30 faizdən çox ucuzlaşıb. Tam təmirli 55 kvadratlıq birotaqlı evi 30 min manata, yəni kvadratı 340 dollara təklif edən yeni massivlər var».

Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) prezidenti Vəfadar Axundov bunu mənzil bazarının durumunu ANSPress-ə şərh edərkən bildirib.

V.Axundovun fikrincə, Azərbaycanda qiymətlər indi bir xeylaq düşüb: «İndi ev almaq üçün ən əlverişli məqamdır. Əvvəllər bizim əmlak bazarı regionda ən yüksək idisə, indi tərsinədir. Devalvasiya üzündən real ucuzlaşma daha yüksək olub. Pulu olanlar, indi ev alsalar, uduzmazlar».

V.Axundovun deməsinə görə, əslində, əmlak bazarında qiymətlərin bir qədər də reallığa söykənməsinə ehtiyac var. O düşünür ki, əmlak bazarında qiymətlər hər bir işləyən adamın ipoteka yolu ilə özünə ev ala bilməsinə imkan yaradan səviyyədə olmalıdır: «Yəni, ayda 500 manat maaş alan 3-nəfərlik orta azərbaycanlı ailəsi ayda 150 manata yaxın ödəmə ilə, şəhər ətrafında ipotekaya birotaqlı ev götürmək imkanında olmalıdır».

V.Axundovhələlik bu həddə ucuzlaşmanın olmadığını deyir: «Hələ ki, mənzil qiyməti bu səviyyəyə qədər enməyib. Azərbaycan İpoteka Fondunun ipoteka kalkulyatoruna görə, bu cür evi 150 manata götürmək üçün 3-nəfərlik ailə ayda 700 manat qazanmalı və ilkin ödəniş üçün 5000 manata yaxın vəsaitə malik olmalıdır. Yəni, qiymətlər bir qədər də optimallaşmalıdır».

Nemət Əliyev

Nemət Əliyev

BU, FƏLAKƏTİN ANONSUDUR

«İqtisadi böhran daha dərin qatlara sirayət etməkdədir. İstehsal və qeyri-istehsal sahələrinin maliyyə təminat sisteminin başı üzərini təhlükə alıb».
İqtisadçı Nemət Əliyevin bu fikirləri azadliq.info saytında yer alıb.

Nemət Əliyev yazır ki, bu ilin yanvar-fevral aylarında dövlət büdcəsindən ölkə iqtisadiyyatına kapital qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 86 faiz azalıb: «Büdcədən bu iki ayda vur-tut 63 milyon manat sərmayə yatırımı həyata keçirmək mümkün olub. Əhaliyə, səhiyyə və sosial xidmət göstərən sahələrə cari ilin ilk iki ayında pul qoyuluşu 99 faiz azalıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu göstərici istirahət, əyləncə və incəsənət sahəsində 94 faiz, təhsildə 90 faiz enib».

Daha sonra iqtisadçı informasiya və rabitə sektorunda 79, kənd təsərrüfatında 69, qeyri-neft sənaye sahələrində 53, tikintidə 44 faiz azalma baş verdiyini bildirir: «Bütövlükdə qeyri-neft sektoru üzrə sərmayə yatırımı 45 faiz enib, ümumi kapital qoyuluşu isə 31 faiz azalıb».

N.Əliyev bu rəqəmlərin gələcək təhlükəsindən də bəhs etməyə çalışıb: «Ölkənin iqtisadi və sosial həyatına pul qoyuluşunun bu dərəcədə azalması sabah üçün heç bir nikbin perspektiv vəd etmir. Bu göstəriciləri yaranmış fəlakətli vəziyyətin anonsu kimi də qəbul etmək olar. Belə məlum olur ki, iqtisadi tənəzzül daha dərin qatlara nüfuz etməkdədir. Bütün bunlara baxmayaraq, hələ də real iqtisadi islahatların izi-tozu görünmür».

Qaz

Qaz

AVROPAYA GEDƏCƏK QAZIN QİYMƏTİ...

«Trend» İA-nin saytında «Cənub Qaz Dəhlizi» vasitəsilə Avropaya nəql olunacaq təbii qazın qiymətindən bəhs edən yazı verilib.

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Gürkan Kumbaroğlu Azərbaycan, İran və Rusiyadan Avropaya gedəcək qazın qiymətinin müəyyən edilməsində Türkiyənin əsas rol oynaya biləcəyini söyləyib. «Avropa üçün qazın qiyməti Türkiyə sərhədində müəyyənləşəcək», - o deyib.

Ekspertlər hesab edirlər ki, qazın qiymətinin müəyyən edilməsində 3-4 il sonra enerji bazarındakı vəziyyət də həlledici olacaq.

«Cənub Qaz Dəhlizi» layihəsi Xəzər regionundan Türkiyə və Gürcüstan vasitəsilə ildə Avropaya 10 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutur. Bu xətt üzrə qaz ixracının 2020-22-ci illərdən başlaması gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG