Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:30

Həcc ziyarətinə hazırlıq ləngiyir


Həcc
Həcc

-

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu və səfərin təşkili ləngiyir.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən xəbərə görə, buna səbəb hələ də Səudiyyə Ərəbistanı ilə ziyarət qiymətləri barədə tam razılıq əldə edilməməsidir.

Əvvəlcə ziyarətlə bağlı sənəd qəbulunun ən gec halda mart ayının ortalarınadək elan olunacağı açıqlansa da, artıq bu tarix aprelin ortalarına keçirilib.

Ötən il də ziyarətin təşkilinə başlanılması bir qədər gec - martın 10-da elan olunub. Halbuki, əvvəlki illərdə adətən fevralın 10-dan gec olmayaraq sənəd qəbulu elan olunurdu. Üstəlik, ötən il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə hesablanıb. Ötən il sənədlərin qəbulundan bir neçə həftə öncə ölkədə devalvasiya baş vermişdi. Manat onda dollar qarşısında təqribən 34 faiz dəyər itirmişdi. Ötən il dekabrın 21-də isə ölkədə ikinci devalvasiya oldu. Nəticədə manat dollar qarşısında əvvəlki devalvasiya da nəzərə alınmaqla iki dəfə dəyər itirdi.

Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti bu il ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən il Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4-nəfərlik otaqlarda yerləşmək 5 min 750 dollara başa gəlirdi. Nisbətən ucuz şəraitli, 6-nəfərlik otaqlarda qalmaq isə 4 min 700 dollar idi.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2 min 400 zəvvar gedib, onlardan 3-ü Məkkədə vəfat edib və orada dəfn olunub. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

XS
SM
MD
LG