Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:26

-

Yanvarda Azərbaycandan Türkiyəyə 594 milyon kubmetr həcmində təbii qaz nəql olunduğu bildirilir.

Bu haqda Report Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna istinadən xəbər verir.

Xəbərə görə, Azərbaycandan nəql olunan qaz Türkiyənin yanvarda idxal etdiyi qazın 11 faizini təşkil edib. Bu göstəricinin, ötən ilin uyğun dövrü ilə müqayisədə 3 faiz artım demək olduğu bildirilir.

“Şahdəniz” yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz kəməri ilə Türkiyəyə nəql edilir.
Azərbaycan rəsmilərinin deməsinə görə, ötən il Azərbaycan Türkiyəyə hər gün orta hesabla, 18 milyon kubmetr qaz ixrac edib. Bu barədə SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərə açıqlamasında danımışdı. Həmin açıqlamadan isə belə çıxır ki, indiki artım 3 faizdən də çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG