Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

Belçikada təhlükə həddi 1 bal aşağı salınıb


Belçika hakimiyyəti terror təhlükəsinin həddini 1 bal aşağı-5-dən 4-ə salıb.

Martın 22-də Brüsseldə törədilən partlayışlarda 31 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Partlayışlardan ikisi “Zaventem” hava limanında, biri isə “Malbek” metro stansiyaqsında törədilib.

Bu hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Belçikanın teleradio kanalları isə bu arada xəbər verir ki, bu günlərdə həbs olunan Salah Abdeslam 2 silahdaşı ilə birlikdə ötən ilin noyabrında Parisdə olduğu kimi terror aktlarına hazırlaşırmış.

Xatırladaq ki, Paris hücumlarında terrorçular restoran və konsert zalında hara gəldi atəş açaraq 130 nəfəri qətlə yetirmişdilər.

Belçikanın daxili işlər naziri Jan Canbon martın 24-də baş verənlərə görə istefa versə də qəbul olunmayıb.

Son məlumata görə Brüssel hava limanı hələ də bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG