-
Martın 26-sı Bakı şəhərində daha bir yolun tikintisinə başlanır.
APA bu xəbəri «Azəravtoyol»a istinadən yayıb.
Söhbət Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisindən gedir.
Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur. Sürücülərə öncədən alternativ yollardan istifadə edilməsi tövsiyə olunur.