Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

-

Rusiya paytaxtında 2015-ci ilin «Qızıl Delviq» mükafatları təqdim edilib.

«Literaturnaya qazeta»nın yaydığı xəbərə görə, Azərbaycandan bu mükafata yazıçı Kamal Abdulla Moskvada nəşr olunmuş «Platon, deyəsən, xəstələnib...» («Platon, kajetsya, zabolel...») hekayələr toplusuna görə layiq görülüb.

2014-cü ildə Moskvada çap olunmuş «Platon, deyəsən, xəstələnib...» kitabında yazıçının son illər qələmə aldığı hekayələr toplanıb.

Hekayələri rus dilinə Azər Mustafazadə tərcümə edib.

Ön sözün müəllifi məşhur rus yazıçısı Yury Polyakov-dur.

Kitab «Xudojestvennaya literatura» nəşriyyatında çap edilib.

«Literaturnaya qazeta»nın ilk redaktoru olan Anton Delvig-in adını daşıyan mükafat 2012-ci ildə bu nəşr tərəfindən «Rusiya illik milli mükafatı» kimi qurulub.

Qəzetin saytında Rusiyanın «Sözə və Vətənə sədaqətə görə» mükafatının Kamal Abdullaya «Platon, deyəsən, xəstələnib…» hekayələr toplusuna və intellektual nəsrin inkişafında xidmətlərə görə verildiyi vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG