Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:06

«BakıKart» bütün avtobuslara tətbiq ediləcək


«BakıKart»
«BakıKart»

-

«İctimai nəqliyyatda gediş haqqı üçün istifadə olunan «BakıKart» bütün marşrutlara tətbiq ediləcək.

Bunu «BakıKart» layihəsinin rəhbəri Ceyhun Əliyev «Trend»ə bildirib.

Ceyhun Əliyevin deməsinə görə, hazırda bu məsələ müzakirə mərhələsindədir. «Ümid edirik ki, növbəti mərhələdə «BakıKart» gediş kartları digər özəl şirkətlərin avtobuslarında da istifadə ediləcək»,- C.Əliyev bildirib.

Hazırda «BakıKart» Bakı metrosu və «BakuBus» şirkətinin 8 avtobus marşrutunda işlədilir. «BakıKart» kartlarından ötən ildən istifadə edilir.

XS
SM
MD
LG