Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:25

Çirkli pulyumaya qarşı tədbirlər güclənir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Pakistan Milli Bankı çirkli pulyumaya qarşı ABŞ qaydalarının icrasını gücləndirməyə razılaşıb. Daha öncə bankın Nyu York filialı yoxlanmışdı.

Martın 24-də açıqlanmış məlumatda Pakistan bankının idarəçiliyində ciddi pozuntuların aşkarlandığı bildirilib.

Bankın Nyu York şöbəsiylə Nyu Yorkun Federal Rezerv Bankı razılaşma əldə edib. Razılaşmaya görə, Pakistan 60 gün ərzində qüsurları necə aradan qaldıracağına dair yazılı planlarını təqdim etməlidir.

Martın 14-də imzalanmış razılaşmada bankda müstəqil üçüncü tərəfin yoxlama aparması, rüblük irəliləyiş hesabatları təqdim etməsi nəzərdə tutulur.

XS
SM
MD
LG