Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22

-

Göygöldə 59 yaşlı fəhlə Rövşən Hüseynovun yük boşaldan yerdə öldüyü bildirilir. “APA” informasiya agentliyinin məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Gəncə şəhər sakini 59 yaşlı Rövşən Hüseynovun kənddə avtomobildən yükü boşaldarkən qəfildən özünü pis hiss etdiyi və daha sonra öldüyü deyilir. Müayinə zamanı onun ürək tutmasından öldüyü bildirilib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG