Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:29

-

Gəncədə 46 yaşlı bir kişinin etiraz əlaməti olaraq özünü yandırdığı bildirilir.

APA-nın xəbərinə görə, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 46 yaşlı Nəzər Məmmədəliyevin üzərinə benzin tökərək özünü yandırdığı deyilir. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, yol polisi əməkdaşları N. Məmmədəliyevin avtomobilini cərimə meydançasına aparıblar. O, avtomobilinin yanına buraxılmamasına etiraz olaraq özünü yandırıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG