Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

-

27 illik sükutdan sonra Ədəbiyyat üzrə Nobel mükafatı verən İsveç akademiyası İranın britaniyalı yazıçı Salman Rushdie barəsində fitvasını pisləyib.

Martın 24-də vebsaytında yerləşdirdiyi bəyanatda qurum, ilk dəfə olaraq, Rushdie-nin ölümü və buna görə pul mükafatı təyin olunmasını tənqid atəşinə tutub, bunu “beynəlxalq hüququn böyük pozuntusu” adlandırıb.

Bəyanatda bildirilir ki, bu fitva Qərblə “münasibətlərin normallaşdırılmasına qətiyyən uyğun deyil”. Ötən il İranla nüvə sazişi əldə olunandan Tehran Qərblə əlaqələri yaxşılaşdırmağa çalışır.

Akademiya rəhbəri Tomas Riad deyib ki, nüvə sazişi və Rushdie-nin qətlinə görə qoyulmuş mükafatın bu yaxınlarda 600 min dollar artırılması səbəbindən bir daha bu məsələyə qayıdıb.

1989-cu ildə İranın Ali dini lideri Ruhollah Khomeini Rushdie-nin “Şeytan ayələri” kitabına görə ona ölüm fitvası çıxarıb. Bundan sonra Rushdie gizlənməli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG