Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

Kerry – Putin danışıqları “məhsuldar” olub


John Kerry (solda) və Vladimir Putin

John Kerry (solda) və Vladimir Putin

-

ABŞ Dövlət katibi John Kerry və Rusiya Prezidenti Vladimir Putin martın 24-də dörd saatlıq danışıq aparıblar. Əsasən, Suriya və Ukrayna məsələsi müzakirə olunub.

Kerry deyib ki, danışıqlar “məhsuldar” keçib.

Rusiyanın Ukraynaya 2014-cü ildə müdaxiləsindən sonra Vaşinqton Rusiyaya sanksiyalar qoyub, ikitərəfli münasibətlər pisləşib.

Kerry deyib ki, Putin-lə Ukraynanın şərqində əsl atəşkəsə necə çatılmasını müzakirə ediblər. Martın 22-də Rusiyada 22 illik həbs cəzası kəsilmiş ukraynalı pilot Nadia Savchenko-nun taleyi də müzakirə mövzusu olub. Pilot Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə rolu olmaqda təqsirli bilinib.

Kerry ilə birgə mətbuat konfransında Xarici işlər naziri Sergei Lavrov deyib ki, Rusiya Savchenko məsələsində mövqeyini Kerry-yə izah edib. Lavrov ümidini bildirib ki, ABŞ Ukraynanı Minsk sazişini yerin yetirməyə çağıracaq. Sazişin məqsədi Ukraynanın şərqində sülhə nail olmaqdır. Onun sözlərinə görə, Moskva Donetsk və Luqansk regionlarında rusiyapərəst separatçıların da bu cür davranması üçün təzyiq göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG