Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

Bosniya serbləri Radovan Karacicə kəsilən hökmdən narazıdırlar.

Haaqa məhkəməsinin martın 24-də onu 40 il azadlıqdan məhrum etməsi Balkanlarda mübahisə və narazılıq doğurub.

Coxları bu hökmü həddən artıq yumşaq sayır.

Bu barədə AzadlıqRadiosu Balkan xidmətinin müxbiri Yuliya Petrovskaya xəbər verir.

Bir çox siyasətçilər Onun yalnız Serebrenitsadakı kütləvi qətllərə görə təqsirli bilnməsi ilə razılaşmırlar.

“Serebrenitsa Anaları Assosasiyası” nın rəhbəri Munira Subashic ümid edir ki, hökmdən şikayət veriləcək və digər məhkəmə instansiyasında Karacic digər yerlərdə də soyqırım törətməkdə təqsirli bilinəcək.

Bosniya serblərinin keçmiş siyasi lideri Radovan Karacic martın 24-də 40 il azadlıqdan məhrum edilib.

Haaqadakı beynəlxalq hərbi Tribunal onu 1995-cı ildə Serebrenista kəndində müsəlmanların kütləvi qətli və insanlığa qarşı digər cinayətlərdə təqsirli bilib.

1995-ci il Bosniya müharibəsi zamanı Serb birləşmələri Serebrenista kəndinə daxil olaraq 8 min müsəlman kişi və oğlanı kütləvi qətlə yetirib.

Bu ikinci dünya müharibəsindən sonra ən amansız qırğın hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG