Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:43

Türklər aprel ayına hazırlaşırlar


İllüstrasiya
İllüstrasiya

-

Türkiyənin "Tophaneyi Amirə" Kültür və Sənət mərkəzində 1895-1914-cü illər arasında Osmanlı İmperiyasında ermənilərlə türklərin birgə görüntüləndiyi poçt açıqcalarının sərgisi keçiriləcək.

Bu açıqcalar maliyyəçi Orlando Carlo Calumeno’nun və Osmanlının arxivlərindəki 4 min açıqca arasından axtarılaraq seçilib. Açıqcalarda erməni kilsələri, erməni-türk qonşular, erməni monastırları, erməni məktəb və uşaq evlərinin göründüyü bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyinin təşkil etdiyi bu sərgidə “məqsəd Osmanlı ermənilərilə türklərin əsrlərlə birgə mehriban yaşadığını göstərmək, iki xalqın əsrlər boyu bir-birinin həyatına, xüsusən əəbiyyat, arxitektura. musiqi, teatr, əl işləri sənətinə təsir göstərdiyini xatırlamaqdır”.

“Nar xatirinə: Unutmaq vaxtı deyil, xatırlamaq vaxtıdır” adlı bu sərgi aprel ayında açılacaq.

XS
SM
MD
LG