Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:31

Belçika partlayışlarında şübhəli bilinənlərdən ikisi axtarışdadır.

Müstəntiqlər hazırda axtarışda olan Najim Laachraouinin Brüssel hava limanında partlayış törədən 2 intiharçıdan biri olduğunu güman edirlər.

Bunu onun DNK testi də göstərib.

İstintaqın gəldiyi nəticəyə görə o partlayıcı olan çantanı hava limanına qoyaraq qaçıb.

Amma çanta partlamayıb və polis onu zərərsizləşdirib.

Laaxraoui hazırda axtarışdadır.

O ötən ilki Paris hücumlarında da əsas şübhəlilərdən biri sayılır.

Məlumata görə Brüssel hava limanındakı partlayışı Belçika vətəndaşı olan 29 yaşlı intiharçı Ibrahim El Bakraoui , metrodakı partlayışı isə onun qardaşı Khalid törədib.

Həmçinin metrodakı partlayışda şübhəli bilinən ikinci şəxs axtarışdadır.

Türkiyə prezidenti Racep Tayyip Erdoğansa Ankarada keçirdiyi mətbuat konfransında həmin terrorçulardan birinin iyulda Türkiyədə saxlanaraq Belçikaya deportasiya edildiyini deyir.

Onun İbrahim al Baxroui olduğu güman edilir.

Brüssel hücumlarında 31 nəfər ölüb, 200-dən çox adam xəsarət alıb.

Hər iki partlayışa görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG