Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:04

-

Bakı Apellyasiya Məhkəməsi Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi ilə birlikdə tutulan İsfəndiyar İsfəndiyarovun şikayətini təmin etməyib.

İsfəndiyar İsfəndiyarov girov müqabilində azadlığa buraxılmasını istəsə də, Səbail Məhkəməsi onun iddiasını təmin etməmişdi. Apellyasiya Məhkəməsi həmin qərardan verilmiş şikayətə baxıb.

İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova “Report”-a bildrib ki, hakim Həsən Əhmədov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

İ. İsfəndiyarov Dövlət Bayrağı Meydanı Kompleksinin keçmiş rəisi Rəşad Məmmədovun təqsirli bilindiyi işlə əlaqədar ötən ilin mayında həbs edilib. O və digər tutulanlar külli miqdarda ziyan vurmaqla dələduzluqda (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG