Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

-

Ukraynanın Antiinhisar Komitəsinin SOCAR-ın bu ölkədəki yanacaqdoldurma məntəqələrinin işində nöqsanlar aşkarladığı deyilir. SOCAR-la yanaşı WOG, OKKO, “Shell” kimi şirkətlərin yanacaqdoldurma məntəqələrində (YDM) də qüsurlar olduğu bildirilir.

APA-nın xəbərinə görə, adıçəkilən YDM-lər rəqabətdən yayınmaq üçün istehlakçıya təqdim olunan yanacağın qiymətini qaldırıblar.

Komitənin yaydığı məlumatda deyilir ki, məntəqələrdə yanacağın qiyməti qanunvericiliyin tələbi nəzərə alınmadan təyin olunub.

“Qiymət artımı 19-21 mart tarixlərində qeydə alınıb. İqtisadi rəqabət qanunvericiliyinin tələbələrinin pozulması faktı ilə WOG, OKKO, “Shell” və SOCAR barəsində müvafiq tədbirlər görüləcək” – deyə komitənin məlumatında bildirilir.

SOCAR-ın bir çox ölkələrdə yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bir həftə öncə Ukraynanın Odessa şəhər şurası SOCAR-ın bu şəhərdə YDM açmasına da icazə vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG