Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

Obama tanqo oynadı- [Video]


-

ABŞ prezidenti Barack Obama ilə xanımı Mishel Obama çərşənbə günü axşam Buenos-Ayresdəki mədəniyyət mərkəzində peşəkar rəqqaslarla Tanqo rəqsini ediblər.

Bu Argentina prezidenti Maurisio Makrinin verdiyi ziyavət zamanı baş verib.

Onlar üçün təşkil edilmiş rəqs başa çatanda rəqqasə Mora Obamaya yaxınlaşaraq onu rəqsə dəvət edib.

Narahatlıq olmasın deyə Moranın tərəfdaşı isə prezidentin xanımı Misheli rəqsə dəvət edir.

Rəqs uzun olmasa da, effektli olub.

Bəlli olub ki, Obama Tanqo rəqsinin bir neçə hərəkətini bilir və rəqs meydanında çox da pis görsənmir.

Obama və xanımı Mishel Argentinaya martın 23-də səfər ediblər.

Bu ABŞ prezsidentinin son 20 ildə Argentinaya ilk səfəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG