Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:58

-

SOCAR Türkiyə şirkəti «Petkim»də sahib olduğu hissə payından 2.75 faizini blok satış üsulu ilə xarici investisiya fonduna satıb.

Bu haqda SOCAR-ın yaydığı məlumatda bildirilir.

SOCAR satışın sıradan bir ticarət əməliyyatı olduğunu, ciddi mənfəət qazandırdığını bəyan edib: «Bu, bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin - səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu əməliyyatda hər bir səhm 2.5 dəfə baha satılaraq, ciddi bir mənfəət əldə etməyə imkan yaradıb», - deyə SOCAR-ın məlumatında bildirilir.

SOCAR satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyini, bununla bağlı planlama aparıldığını xəbər verir: «Bu satış «Petkim»in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir. SOCAR bundan sonra da «Petkim»i effektiv idarə etməkdə davam edəcək».

Martın 24-də SOCAR-ın «Petkim»dəki payının bir qismini satışa çıxardığı barədə xəbərlər yayılmışdı.

Bu satışa qədər SOCAR «Petkim»in 57.5 faizinə nəzarət edib.

SOCAR ötən il isə payının 13 faizini 1.3 milyard dollara ABŞ-ın «Goldman Sachs» və «JP Morgan» banklarının «Goldman Sachs International» investisiya şirkətinə satmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG