Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:25

Gündə 3 milyon manat faiz ödənilir


Manat
Manat

-

Ölkə əhalisi təkcə 2016-cı ilin ilk 2 ayında kreditlərə görə banklara 155 milyon manat ödəyib.

Marja-nın Dövlət Statistika Komitəsinə istinad olunan xəbərinə görə, bu göstərici banklara hər gün orta hesabla 3 milyon manata yaxın faiz ödənilməsi deməkdir.

Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə əhalinin gəlirləri artıb. Gəlirlərin, azı, 10 faiz artaraq 6 milyard 459 milyon manatı keçdiyi bildirilir.

Gəlirlərin 81 faizi son istehlak xərclərinə, 10 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə sərf edilib. Bundan başqa, gəlirlərin 2 faizi və ya təxminən 155 milyon manatı kreditlər üzrə borcların ödənilməsinə sərf edilib.

Ötən il ölkədə iki dəfə devalvasiya gedib. Bu devalvasiya nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib.

XS
SM
MD
LG