Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:09

Muzdla işləyənlərin sayı nə qədər azalıb?


Tikinti
Tikinti

-

Martın 1-dək Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 30 min nəfər olub. İşsizliyə görə ödənilən müavinətin məbləği 263 manat təşkil edib. Rəsmi işsizlərin 38 faizi qadınlardır.

«Trend»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkədə iqtisadi fəal əhalinin sayı 4 milyon 921 min nəfərdir. Onlardan 4 milyon 676 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlardır.

NEFT SEKTORUNDA 34 MİN NƏFƏR ÇALIŞIR

Muzdla işləyənlərin sayı 1 milyon 488 min nəfər təşkil edir. Onlardan 874 min nəfəri dövlət sektorunda, 613 mini isə qeyri-dövlət sektorunda çalışanlardır. Neft sektorunda 34 min, qeyri-neft sektorunda isə 1 milyon 454 min nəfər çalışır.

Sənayedə çalışan muzdlu işçilərin sayı 173 min nəfərdən çoxdur. Onlardan 34 min nəfəri mədən çıxarmada, 89 min nəfəri emalda, 26 mini enerji istehsalı, bölüşdürülməsi və təchizatında çalışanlardır. 25 min nəfər isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində fəaliyyət göstərir.

SƏNAYEDƏ ƏMƏK HAQLARI DEVALVASİYAYA GÖRƏ 33 FAİZ ARTIB

Statistika Komitəsinin məlumatına görə, bu il sənayedə işləyənlərin orta aylıq əməkhaqqı, azı, 33 faiz artaraq 939 manata çatıb. Artım xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə hesablanmış əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artması ilə izah olunur.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib.

2014-cü ilin dekabrında isə rəsmi statistikaya görə, ölkədə 1 milyon 507 mindən çox muzdla işləyənlər var idi. İndi bu rəqəmlərə görə, son 1 ildə ölkədə muzdla işləyənlərin sayı cəmi 20 min azalıb.

Müstəqil iqtisadçılar bu rəqəmlərə bir qədər şübhə ilə yanaşırlar. Onların fikrincə, muzdla işləyənlərin sayı daha çox azalıb.

XS
SM
MD
LG