Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:39

Türkiyə polisi ölkənin cənubunda “İslam Dövləti” qrupuna qoşulmaq istəyən 5 nəfəri həbs edib.

Onların Rusiya və Orta Asiyadan olduqları bildirilir.

Türkiyə KİV-lərinin hüquq-mühavizə orqanlarına istinadla verdikləri məlumata görə, martın 23-də həbs olunan şübhəlilər Rusiya,Tacikistan,Türkmənistan və Özbəkistan vətəndaşlarıdır.

Məlumatlara görə onlar Suriyaya keçərək “İslam Dövləti” qrupuna qoşulmaq istədiklərini boyunlarına alıblar.

Son illərdə Rusiya və Orta Asiya ölkələrindən Suriya və İraqdakı yaraqlılara yüzlərlə adam qoşulub.

Onların çoxu ora ailələri ilə birlikdə gedib.

Bu barədə Rusiya və Orta Asiya rəsmiləri məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG