Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:30

Büdcəni düzgün xərcləməyənlərin cəriməsi


Foto illüstrasiya
Foto illüstrasiya

-

Dövlət büdcəsindən maliyyələşən qurumlarda maliyyə pozuntularına yol verənlərin cəriməsi artırılır. Ölkə parlamenti bununla bağlı inzibati qanunvericiliyə dəyişikliklər edəcək.

APA-nın xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinin 410-cu (dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda maliyyə qaydalarının pozulması) maddəsinə 3-cü bənd əlavə olunacaq. Həmin bəndə görə, büdcədən ayrılan, azı, 4 min manat vəsaiti təsdiqlənmiş smetaya uyğun xərcləməyənlər 4 min manatdan 8 min manata qədər cərimə olunacaqlar.

Hazırda qüvvədə olan qanunvericilik buna görə 500 manat cərimə nəzərdə tutur.

Dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

XS
SM
MD
LG