Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:44

-

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda küləklə işləyən stansiyalar 2 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər.

«Report»un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.1 faiz çoxdur.

Bu müddətdə Günəş enerjisi ilə işləyən stansiyaların elektrik istehsalı 0.7 mln. kVt/saat təşkil edib.

Ölkədə istilik elektrik stansiyalarının (İES) istehsalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.9 faiz azalıb. İES-lər 3.630 mlrd. kVt/saat enerji istehsal edib.

Su elektrik stansiyalarının istehsalı 33.6 faiz artaraq 195.1 mln. kVt/saata çatıb.

Hesabat dövründə ölkədə cəmi elektrik enerjisi istehsalı 6.4 faiz azalaraq 4 mlrd. kVt/saata düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG