Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:23

-

Martın 24-də BMT tribunalı Bosniyanın keçmiş serb lideri Radovan Karadzic-ə hökm oxuyacaq. O, 1995-ci ildə Srebrenica qırğınına göstəriş verməkdə ittiham olunur.

Karadzic həmin hadisələrə görə Haaqa tribunalında mühakimə olunan ən yüksək çinli şəxsdir. 20 il öncə baş vermiş etnik müharibədə 100 mindən çox insan həlak olub.

Karadzic 11 illik axtarışdan sonra 2008-ci ildə saxlanıb. Ona qarşı əsas ittiham odur ki, 1995-ci ildə Bosniya Serb Respublikasının ali baş komandiri kimi Serbiya qüvvələrini rəhbərlik edib, onlar da 8 mindən çox müsəlman kişi və oğlan qətlə yetirilib. Prokurorlar bunu soyqırımı adlandırır. Karadzic-ə qarşı daha bir ittiham isə ölkənin Bosniya müsəlmanları və etnik xorvatlardan təmizlənməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG