Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:18

-

ABŞ-ın Ohayo ştatındakı Dayton Universitetinin məzunu James Philips "History of the Crusades” (Səlib yürüşlərinin tarixi) adlı kitabı evdə suvenirlərin arasında tapanda özünü günahkar hiss edib, üzrxahlıq məktubu yazaraq kitabı kitabxanaya geri qaytarıb.

Kitabxana kitabı və məktubu alanda elə təsirlənib ki, gecikmiş hər günə görə 2 sent cəriməsinin toplanaraq etdiyi 350 dollarlıq cəriməni silib.

“Lütfən, əlavə etdiyim “Səlib yürüşlərinin tarixi” kitabını tapmadığınıza görə üzrxahlığımı qəbul edibn. Mən onu sizdən gənc tələbə olana görürmüşdüm, bütün bu illər ərzində onu necəsə başqa yerə qoyuğum üçün tapa bilməmişəm.”

Kitabxana onunla əlaqə saxlayanda isə Filip uzun və daha maraqlı əhvalat danışıb. Deyib ki, o, universiteti atıb ABŞ dənizçilik donanmasına qoşulduqdan sonra kimsə onun əşyalarını yığıb valideynlərinin evinə göndərib, əşyalar valideynləri ölənə qədər orada qalıb, anası 1994, atası 2002-ci ildə vəfat edib. Sonra əşyalar təsadüfən Filipin balaca qardaşının evinə göndərilib...

Kitabxana deyib ki, kitabları oxucuya verəndə indi üzərinə müasir texnologiya ilə başqa bir sübut yapışdırırıq, bu kitab isə o vaxtkı – 1950-ci illərin kitabxana kart sistemi ilə verilib.

"Çox düşüncəli adamdır, sağ olsun ki, qaytarıb, çoxları onun yerində olsa, qaytarmazdı" - kitabxananın direktoru deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG