Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:35

-

Parisdə noyabr hücumlarında bomba hazırlamaqda şübhəli sayılan şəxs Brüssel aeroportundakı 2 intiharçıdan biri olub. Məlumatı martın 23-də Avropa rəsmiləri yayıb. Bununla da hər iki hücumu İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının eyni şəbəkəsinin təşkil etdiyi üzə çıxmış olur.

Rəsmilərin sözlərinə görə, Najim Laachraoui-nin DNK-sı martın 22-də Brüssel aeroportunda partlayış törədənlərdən biri kimi müəyyənləşib. Laachraoui ötən həftədən axtarılırmış, o, Paris hücumlarında əsas şübhəli, martın 18-də saxlanmış Salah Abdeslam ilə əlaqədə olmaqda şübhəli bilinirdi.

24 yaşlı, əslən Mərakeşdən olan belçikalı Laachraoui-nin Paris hücumlarında partlayıcı jiletləri düzəltdiyi bildirilir. Paris hücumlarında 130 nəfər həlak olub. Laachraoui həmçinin vaxtilə İŞİD-ə üzv toplayırmış. Bununla da Brüssel və Paris hücumlarını “eyni komanda”nın törətməsi versiyası ortaya çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG