Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13

-

(ixtisarla)

Gary Kasparov

Gary Kasparov

Mənim dünya ağası kimi ilk işim öz yerimə başqa adam seçilməsi üçün seçki vaxtını elan etmək olardı.

Hətta fikri eksperimentdə belə, biz reallıqları qəbul etməliyik, reallıq da budur ki, heç bir hökumət sistemi insanlara xidmət etməsə, uzun müddət işləyə bilməz…

Avtoritar rejim əvvəldən verdiyi vədi yerinə yetirə bilər, yaxud hər hansı mövcud böhranları həll edə bilər, amma demokratiyaya söykənməsə, onun mənəvi və intellektual baxımdan, staqnasiyası (durğunluğu) qaçılmaz olacaqdır…

Bəzi kaprizlərim olmadan da qəbul etməzdim dünya ağası vəzifəsini. Nədir mənim istəklərim?

Mən insanları İntibah dövründən Ayın səthinə enməyə qədər aparan kəşf və nailiyyət eşqini alovlandırardım.

İndi biz gələcəyi qurmaq əvəzinə status quo-nu saxlamaq üçün can qoyuruq.

İnsanların bu eşqi 1970-ci illərdə pik nöqtəsinə çatmaqla, fədakarlıq, risketmə, sərmayə, bacarmaq kimi dəyərlər tədricən öz yerini məmnuniyyət, təhlükəsizlik, sədaqət, bərabərlik kimi dəyərlərə verdi. İndi biz gələcəyi qurmaq əvəzinə status quo-nu saxlamaq üçün can qoyuruq.

İnnovasiyaya qayıtmaq lazımdır. Bunun üçün mən ilk növbədə fossil yanacağı istifadəsini məhdudlaşdırardım və əvəzinə triyon dollarlıq alternativ enerji təşəbbüsləri layihələrini işə salardım...

Dünyanın daha çox enerjiyə ehtiyacı var. Daha yaxşı nüvə texnologiyaları üzərində işləmək əvəzinə bir çox millətlər, həmçinin Almaniya və Yaponiya Fukuşima faciəsindən sonra nüvə gücündən imtina etdilər. Onlar 40 yaşlı bir zavodda baş verən faciədən yanlış dərs çıxardılar. Biz innovasiyanı dayandırdıq, inkişaf etməyi saxladıq və bədəlini də ödəyirik.

Mən dünya ağası olsaydım, bir çox tədqiqatlara başlanması üçün göstəriş verərdim, o tədqiqatların bir hissəsi yeni nəhəng fəza proqramı olardı. Mars və Aydakı bazalar insanlığın arzularına yeni cəbhə açır, – bu arzular onların gətirəcəyi saysız elmi üstünlüklər qədər vacibdir.

Məni tənqid edənlər deyə bilərlər ki, biz bugün üçün narahatlıq keçirməiyik və pulumuzu Yerin ehtiyaclarına sərf etməliyik. Amma təkcə bugünkü çətinliklər haqda düşünməklə biz gələcəyə xəyanət edirik və gələcəyin böyük iztirablarına yol açırıq. Üstəlik, dünyanın ağası kimi mən öz tənqidçilərimi Aya səfər etmək üçün inandırardım.

Mən bugün dağıdıcı işlərlə məşğul olan maliyyə mühəndisliyi sahəsinin ixtiyarını əlindən alardım.

Elmi dərəcəsi olanlara Wall Street-də və maliyyə sənayesinin başqa yerlərində işləmək imkanı verməzdim. Əgər bir şey arifmetika üçün, riyaziyyat üçün çətindirsə, deməli, o şey gərəksizdir, nəticə etibarilə, dağıdıcı təsiri var.

Bizim əsas fikrimiz fizikaya, neyrologiyaya, kompüter mühəndisliyinə yönəldilməlidir, maliyyəyə yox…

Siyasi cəbhədə isə, mən qlobal Magna Carta müqaviləsi təşkil edərdim ki, dünyanın demokratik ölkələrini diktatura və terrora qarşı bir araya gətirim. Dünyanın demokratik ölkələri insan haqları əsasında birləşərdi, bu standarta cavab verməyənləri isə çıxdaş edərdik.

Belə təvazökar məqsədlərimə nail olandan sonra biz daha çətin tapşırıqlara keçərək, şahmatı məktəb kurrikulumunun bir hissəsi edərdik və qızımı brokkoli yeməyə məcbur etmək üçün çalışardıq.

"Prospect"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG