Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48

Səfirlik əfvi alqışlayır və ardını gözləyir


-

Fransa hökuməti Novruz bayramı ərəfəsində Azərbaycanda jurnalistlər, siyasi fəallar və QHT üzvləri daxil olmaqla 148 məhkumun əfv edilməsini alqışlayır.

Turan-ın xəbərinə görə, bu haqda Fransanın Bakıdakı səfirliyinin yaydığı məlumatda bildirilir.

“Ümid edirik ki, bu jest öz siyasi fəaliyyətinə görə, həbsdə olan və ya şərti cəza alan digər şəxslərin də azadlığa buraxılması ilə müşayiət olunacaq. Bu, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ümumi hərəkata xidmət edəcək” - deyə məlumatda qeyd edilir.

Martın 17-də prezident İlham Əliyev 148 məhkumu əvf edib. Onlardan 14-ü hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırdı. Bu siyahıda yer alan daha 80-ə qədər şəxsin həbsxanalarda qaldığı bildirilir. Bundan başqa, jurnalist Rauf Mirqədirov Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun real cəzaçəkmə müddəti şərti cəza ilə əvəzlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG