Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:17

Rusiya Türkiyəni Suriyadakı kürd təşkilatlarını terrorçuluqla mübarizə bəhanəsi altında əzməkdə ittiham edib.

Xarici işlər naziri Sergei Lavrov martın 23-də bildirib ki, Rusiya 2015-ci ilin sentyabrında Suriyada hərbi əməliyyatlara başladıqdan sonra Türkiyə-Suriya sərhədi vasitəsilə qanunsuz neft daşınması kəskin azalıb.

Lavrov “İslam Dövləti” qrupunun Suriyaya keçməsinin dayandırılması və bu qrupla neft alverini qadağan edən BMT qətnamələrinə tam əməl etməyə çağırıb.

Türkiyənin hərbi təyyarələri martın 22-də İraqın şimalı və ölkənin cənub-şərqindəki Semdinli şəhəri ətrafında kürd yaraqlılarının mövqelərinə zərbələr endiriblər.

Hədəflər yaraqlıların istifadə etdiyi mağaralar, silah və sursat anbarları olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG