Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:15

-

Göyçay. Rayonunda 43 yaşlı Ariz Zülfüqarovun intihar etdiyi bildirilir. APA-nın xəbərinə görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb.

Kənd sakini, 43 yaşlı Ariz İsmayıl oğlu Zülfüqarovun həyətindəki meyvə ağacından asılmış meyiti tapılıb. Onun özünü asdığı güman edilir. İlkin ehtimala görə, iki övlad atası Ariz Zülfüqarov ayrı-ayrı şəxslərə və banka pul borcu olduğu üçün özünü asıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu araşdırma aparır.

Bu gün səhər, 57 yaşlı məcburi köçkün Hüseyn Salahovun da Ağdam rayonunun «Soltanbut meşəsi» adlanan ərazisində özünü asması ilə bağlı xəbəri yayılmışdı.

Azərbaycan mətbuatında tez-tez intiharlarla bağlı xəbərlər yer alır. Ancaq intiharların rəsmi statistikası aparılmır. Mətbuatdakı araşdırmalara görə, intiharlar daha çox maddi sıxıntılar üzündən baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG