Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:46

“Martın 17-də Azərbaycanda məhdud sayda siyasi məhbus azadlığa buraxılsa da, bir çoxları hələ də həbsdədir və fəalların davamlı həbsi bu əfvin əhəmiyyətini azaldır”.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) martın 23-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları bütün siyasi məhbusların azad edilməsi və vətəndaş cəmiyyətinə basqılara son qoyulmasını tələb etməlidir.

Bəyanatda daha sonra deyilir: “İnsan hüquqlarının davamlı pozuntusu fonunda baş verən əfvlər irəliyə doğru addım hesab oluna bilməz. Əsassız həbslər və siyasi motivli məhkəmələr davam etməkdədir. Azərbaycan hakimiyyəti haqsız yerə məhkum edilmiş onlarla fəaldan 15-ni azad etməklə, məhbəslərdə yeni siyasi dustaqlar üçün yer hazırlayır. Siyasi məhbusların davamlı azad edilməsi və məhkum edilməsi silsiləsinə son qoyulmalıdır,” deyə RATİ-nin direktoru Emin Hüseynov bildirib.

Bəyanatda daha sonra deyilir ki, hüquq müdafiəçiləri və jurnalistlərin bank hesabları qanunsuz olaraq dondurulub, onların bəzilərinə yüksək cərimələr tətbiq oedilib, bir neçə vətəndaş cəmiyyəti fəalının xaricə səfərinə isə hələ də icazə verilmir.

RATİ hakimiyyəti bütün siyasi məhbusları azad etməyə, qanunun aliliyi, fundamental insan haqları və şəffaflıq sahəsində təcili islahatlar aparmağa və demokratik dəyişikliyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG