Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Suriya qüvvələri Palmira kənarında


Palmira
Palmira

-

Suriya fəalları hökumət qüvvələrinin və onların müttəfiqlərinin tarixi Palmira şəhərinin kənarına çatdığını bildirir. Qüvvələr «İslam Dövləti» (İŞİD) yaraqlılarını geri çəkilməyə məcbur edir.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı martın 23-də məlumat yayıb ki, şəhər ətrafında qızğın döyüşlər gedir, hökumət qüvvələri yaxınlıqdakı təpənin çox hissəsini ələ keçirib. Quru qüvvələrinə Suriya və Rusiya təyyarələri kömək edir.

Prezident Bashar al-Assad qüvvələrinin şəhərin cənub hissəsinin 2, qərbinin isə 5 kilometrliyində olduqları bildirilir.

İŞİD Palmiranı ötən ilin mayında tutub.

XS
SM
MD
LG