Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:20

-

Martın 23-də ABŞ Dövlət katibi John Kerry-nin Moskva səfəri başlanır. Danışıqlarda Suriya və Ukraynada atəşkəsin müzakirə olunacağı gözlənir.
Kerry Rusiya Prezidenti Vladimir Putin, Xarici işlər naziri Sergei Lavrov-la görüşəcək.

Rusiya xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar atəşkəsi pozanlara qarşı tədbirlər qaydalarını koordinasiya etməsə, təkbaşına bu pozuntularla məşğul olacaq.

Gözlənir ki, Kerry Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçılara atəşkəsə əməl edilməsindən ötrü təzyiq göstərməyə çağırsın.

Kerry-nin Rusiyada 22 illik həbsə məhkum edilmiş ukraynalı pilot Nadia Savchenko-nun məsələsini qaldıracağı da gözlənilir.

Vaşinqton Savchenko-nun azad olunmasına çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG