Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

-

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın xəbərinə görə, daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, Quba rayon Polis Şöbəsinin rəisi Telman Xasıyev tutduğu vəzifədən azad edilib. O, İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə Quba rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib.

İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev bir müddət əvvəl öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdi. O, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə rəisi təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG