Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

-

Milli Şuranın fəxri sədri, mühacirətdə yaşayan Rüstəm İbrahimbəyov Bakıya gəlir. aznews.az saytına bunu elə R.İbrahimbəyovun özü deyib.

R.İbrahimbəyov bildirib ki, qardaşı, xalq yazıçısı Maqsud İbrahimbəyovun qəfil ölümündən çox sarsılıb. Onun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlir.

M.İbrahimbəyov martın 22-də 81 yaşında vəfat edib.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini vermək istəyirdilər. Lakin onun ikili vətəndaşlığı olduğundan qanunvericiliyə uyğun olaraq bu baş tutmamışdı. Rüstəm İbrahimbəyov o vaxtdan sonra Azərbaycana gəlmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG