Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:25

Xirdalanda intiharın qarşısı alınıb


-

Xırdalan şəhərində intihar olayının qarşısı alınıb. Xəbəri Fövqəladə Hallar nazirliyi yayıb.

Xəbərdə deyilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xırdalan şəhərində bir nəfərin intihar məqsədi ilə beşmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Aparılan psixoloji söhbətdən sonra intihara cəhdin qarşısı alınıb. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Nazirlik həmin şəxsin kimliyi və intihar etməsinin səbəbləri ilə bağlı açıqlama verməyib.

Xırdalan şəhərində iki gün əvvəl isə 20-25 yaşlı bir qadın özünü çoxmərtəbəli binanın üstündən ataraq intihar etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG