Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:31

-

Azərbaycanda martın 1-dək 50,8 min hektar sahədə yazlıq bitkilər əkilib. Bunun 2,6 min hektar sahəsində dənli və dənli paxlalılar, 10,4 min hektar sahəsində kartof, 7,5 min hektar sahəsində tərəvəz, 0,1 min hektar sahəsində şəkər çuğunduru, 30,1 min hektar sahəsində çoxillik otlar, 0,1 min hektar sahəsində isə digər bitkilər əkilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin yanvar-fevral aylarında diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta, 4,2 min ton tərəvəz istehsal olunub. Əvvəlki ilin uyğun dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz, tərəvəz istehsalı isə 6,1 faiz artıb. Kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz çoxalıb. Bu artım, bitkiçilik məhsulları istehsalında 4,5 faiz, heyvandarlıq məhsulları istehsalında isə 2,6 faizdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG