Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:30

-

Ukraynalı jurnalist Heorhiy Gongadze martın 22-də, qətlə yetirilməsindən 16 il sonra Kiyevdə dəfn olunub. Ailəsi və dostları ədalət uğrunda mübarizənin bitmədiyini söyləyiblər.

Araşdırmaçı jurnalist olan Gongadze yüksək səviyyədə siyasi korrupsiyanı üzə çıxarır. O, 2000-ci ilin sentyabrında oğurlanıb. Həmin ilin noyabrında başsız cəsədi paytaxt kənarındakı meşəlikdə tapılıb. İllərlə morqda saxlanandan sonra ötən gün torpağa tapşırılır.

Həyat yoldaşı Myroslana hazırda “Amerikanın Səsi” radiosunun Ukrayna xidmətinin rəhbəridir. O, iki qızıyla birlikdə Vaşinqtondan Kiyevə, dəfn mərasimində iştirakdan ötrü gəlib.

Qohumlarının yaydığı bəyanatda deyilir ki, jurnalistin ölümündə əli olan tez, ya gec mühakimə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG