Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:00

Rusiya ilə Finlandiyanın ticarəti zəifləyib


Vladimir Putin və Sauli Niinisto

Vladimir Putin və Sauli Niinisto

“Heç kim Rusiya ilə Finlandiya arasındakı ticarət əlaqələrinin zəifləməsindən razı deyil”.

Bunu Rusiya prezidenti Vladimir Putin martın 22-də finlandiyalı həmkarı Sauli Niinisto ilə görüşdən sonra deyib.

Putin qeyd edib ki, iqtisadi və ticarət əlaqələrinin zəifləməsinin bir neçə səbəbi var,Avropa Birliyi ilə Rusiyanın qarşılıqlı sanksiyaları, dünya və Avropada iqtisadi fəallığın ümumilikdə azalması.

İki ölkə arasında ticarət əlaqələri o dərəcədə zəifləyib ki, Rusiya artıq Finlandiyanın əsas ticarət tərəfdaşı deyil.

Amma Putin qeyd edib ki, buna baxmayaraq Finlandiyanın qaza olan təlabatının təxminən 100, neftə olan təlabatının isə 80 faizini hələ də Rusiya verir.

Niinisto isə Rusiyadan Finlandiyaya miqrant axının qarşısını almaq üçün daha dərindən əməkdaşlığın vacibliyini qeyd edib.

O Putini ölkəsinə dəvət edib.

Artıq bir neçə dəfədir ki, liderlər arasında belə görüş olur və Kremlin məlumatına görə Putinlə Niinisto vaxtaşırı telefonla danışıqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG