Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:40

“Belarus Avropa Birliyi ilə münasibətlərin normallaşmasını istəyir”.

Bunu martın 22-də Belarusun xarici işlər naziri Uladzimer Makey deyib.

O Minskdə polşalı həmkarı Witold Waszczykowski ilə görüşdən sonra bildirib ki, Minsk xarici siyasəti və iqtisadi fəaliyyətini şaxələndirmək istəyir.

O qeyd edib ki, Polşa və digər Avropa Birliyi ölkələri ilə əlaqələrin genişləndirilməsi Rusiyanın əsas müttəfiqi olan Rusiya ilə münasibətlərin saxlanması əsasında aparılacaq.

Qeyd edək ki, Avropa Birliyi ötən ay Belarusa qarşı 5 illik sanksiyaları qaldırıb.

Buna səbəb ötən ilin avqustunda bu ölkədə siyasi məhbusların azad edilməsi və Minskin Ukrayna münaqişəsinin həllində rolu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG