Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:11

Belçikadakı terror aktlarına görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Bu barədə martın 22-də Brüsseldə törədilən terror katlarından sonra “İslam Dövləti” qrupu ilə əlbir olan “Amaq” informasiya agentliyi məlumat yayıb.

Məlumatda bu terror aktlarının partlayıcı kəmər geymiş intiharçılar tərəfindən törədildiyi bildirilir.

Rəsmilər də partlayışlardan birinin intiharçı tərəfindən törədildiyini güman edirlər.

Hava limanı və Maalbeek Metro stansiyasında törədilən partlayışlarda azı 34 nəfər ölüb, 180-dən çox adam xəsarət alıb.

Brüssel meri Yvan Majeur onlardan 20-nin metrodakı partlayışdaöldüyünü bildirir.

Qalan 14 nəfər isə hava limanında törədilən partlayışlarda ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG