Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

-

Xalq yazıçısı Maqsud İbrahimbəyov martın 22-də 81 yaşında vəfat edib.

Bu haqda Yazıçılar Birliyinin saytı xəbər verir.

Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakıda doğulub.
İxtisasca inşaatçı olan yazıçı Moskva Ali ssenaristlər, ardınca rejissorluq məktəbini bitirib. 10-dan artıq filmin ssenarsti, bir o qədər kitab müəllifi olub.

Xalq yazıçısı, müxalif siyasi partiyalardan formalaşan Milli Şuranın ilk sədri Rüstəm İbrahimbəyovun qardaşı olan M.İbrahimbəyov 1995, 2000, 2005-ci illərdə millət vəkili seçilib.

M. İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq.

“Mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi sabah (martın 23-də - red.) Akademik Milli Dram Teatrında keçiriləcək”. Bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib. O bildirib ki, vida mərasimi saat 12.00-dan 14.00-a qədərbaş tutacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG