Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

-

“Azərbaycanla ABŞ arasında enerji və radikalizmlə mübarizə sahəsində yaxın tərəfdaşlıq münasibətləri mövcuddur. ABŞ regionun enerji layihələrinə dəstək verir. Hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulur”.

Bu sözləri Amerika İsrail İctimai İşlər Komitəsinin Vaşinqtonda keçirdiyi 2016-ci il üçün siyasi konfransında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib. Səfir konfrans çərçivəsində düzənlənən “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminarda çıxış edib.

Trend-in xəbərinə görə, E.Süleymanov müsəlman şərqində ilk respublikanın Azərbaycanda təsis edildiyini və qadınlara seçki hüququnun hətta ABŞ-dan əvvəl bu Respublikada reallaşdırıldığını qeyd edib.

O deyib ki, dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycan tolerantlıq ənənələrinə diqqət verir. Azərbaycanda dini, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar, o cümlədən yəhudi icması sülh və əmin-amanlıq içərisində yaşayır.

Tədbirdə Corctaun Universitetinin araşdırmaçısı Brenda Şefferin, Cons Hopkins Uuniversitetinin proqram direktoru Svante Kornelin çıxışları dinlənilib.

Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslər və regional təhlükəsizlik çağırışları kimi məsələlərə toxunulub.

Konfransda ABŞ vitse-prezidenti Cozef Bayden, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayn, 2016-cı il prezident seçkilərinə namizədliyini irəli sürmüş sabiq dövlət katibi Hillari Klinton və başqaları çıxış ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG