Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:42

Yunanıstanın İdomeni qaçqın düşərgəsində vəziyyət acınacaqlı olaraq qalır.

Hazırda bu düşərgədə təxminən 12 min qaçqın var.

Yardım təşkilatları bunun 40 faizindən çoxunun uşaqlar olduğunu deyirlər.

Ailəsi ilə birlikdə Suriyanın Latakiyə şəhərindən, bombardmandan qaçan Hasan Abu Ahmad nə vaxtsa dinclik, sülh tapacağına artıq ümidsiz olduğunu deyir. 3 uşaq atası olan Ahmad deyir ki, bura ədalət üçün gəlsələr də böyük ədalətsizliklə üzləşiblər.

İraqda 2 uşağını itirmiş digər qaçqın Abu Ahmad da Avropaya sakitlik tapmaq üçün gəldiyini, amma burda başqa şeylərastlaşdığını deyir.

O Avropa Birliyini insan haqlarına əməl etməməkdə günahlandırır.

İdomeni düşərgəsində məskunlaşmış qaçqınlar Makedoniya, ordan isə digər Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Amma Makedoniya sərhədi bağladığından onlar bu düşərgədə ilişib qalıblar.

Avropa Birliyi ilə Türkiyə arasındakı razılaşmaya görə Türkiyə Avropa Birliyində sığınacaq ala bilməyən qanunsuz miqrantları geri qəbul etməlidir.

Əvəzində Türkiyəyə əlavə maliyyə yardımı edilməli və onunla AB-nə üzvlük danışıqları sürətləndirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG