Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

Nur Otan parlamentdə 84 yer alacaq


Nursultan Nazarbaev səsvermə məntəqəsində

Nursultan Nazarbaev səsvermə məntəqəsində

-

Qazaxıstan Prezidenti Nursultan Nazarbaev-in Nur Otan partiyası parlamentin aşağı palatasındakı yerlərin 84-nü qazanıb.

Seçki martın 20-də keçirilib. Martın 22-də açıqlanan məlumatda bildirilir ki, Nazarbaev-ə müttəfiq Ak Zhol və Kommunist Xalq Partiyası 107 yerlik Məclisdə hərəyə 7 yer alacaqlar.

Qazaxıstanın etnik qruplarının birləşdiyi Xalq Assambleyası 9 yer qazanıb.

Yekun nəticələrə görə, Nur Otan 82.2 faiz, Ak Zhol 7.18, Kommunistlər 7.14 faiz səs toplayıb.

ATƏT təmsilçiləri səsvermədə “ideaal siyasi seçimin yetərli olmadığını” bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG